12-ci Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq sərgisi

Bildiririk ki, 08-12 oktyabr 2019-cu il tarixlərində Türkiyənin Bursa şəhərində Türkiyənin sərgi sahəsində ən qabaqcıl şirkətlərdən biri olan TÜYAP-ın təşkilatçılığı ilə “12-ci Beynəlxalq Kənd Təsərrüfatı və Heyvandarlıq” sərgisi keçiriləcəkdir.

Sərgidə kənd təsərrüfatı sahəsində istixana texnologiyaları, suvarma texnologiyaları, gübrə, toxum, gül, bağçılıq texnologiyaları, ekoloji kənd təsərrüfatı texnologiyası və digər aqro xidmətləri və informasiyaları, o cümlədən, heyvandarlıq sahəsində heyvanlardan alınan istehsalat üçün müasir texnologiyalı maşınlar, heyvan sağlamlığı və baytarlıq xidmətləri, dərmanlar, süd sənayesi və digər sahələr sərgilənəcəkdir. 

Diqqətinizə çatdırmaq istərdik ki, yalnız Palatanın üzvləri olan uyğun profil üzrə şirkətlərin iştrakı təsdiq olunduqdan sonra xərclərlə bağlı bəzi güzəştlər olunacaq.

Tədbir haqqında tam məlumat almaq üçün http://burtarim.com saytını ziyarət edə bilərsiniz.

Əlavə sualınız olduğu təqdirdə Palataya müraciət edə bilərsiniz: +994 12 437 23 16

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın