POLAGRA FOOD Beynəlxalq Qida Sərgi və Yarmarkası

Bildiririk ki, 30 sentyabr – 03 oktyabr 2019-cu il tarixlərində Polşanın Poznan şəhərində POLAGRA FOOD Beynəlxalq qida sərgi və yarmarkası keçiriləcəkdir. Otuzdan artıq Avropa ölkələrinin nümayəndələrinin iştirak edəcəyi sərgidə, geniş çeşiddə ərzaqların - ət və ət məhsulları, süd və süd məhsulları, balıq, məyvə-tərəvəz, yağ, isti və soyuq içkilər, organik qida və s. sərgilənəcək.

Sərgi çərçivəsində, həmçinin TAROPAK 2019 Beynəlxalq Qablaşdırma və Etiktləmə Texnologiyaları sərgisinin keçirilməsi də nəzərdə tutulmuşdur. Sərgi yeni və müasir yollarla qablaşdırma və etiketləmənin öyrənilməsi üçün böyük imkanlar yaradacaq.

Diqqətinizə çatdırmaq istərdik ki, yalnız Palatanın üzvləri olan uyğun profil üzrə şirkətlərin iştrakı təsdiq olunduqdan sonra xərclərlə bağlı bəzi güzəştlər olunacaq.

Sərgi haqqında əlavə məlumat almaq üçün sayta daxil ola bilərsiniz: www.polagra-food.pl

Əlavə sualınız olduğu təqdirdə Palataya müraciət edə bilərsiniz: +994124928912

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın