“Mebel Dünyası 2020”

Bildiririk ki, Bolqarıstanın Taxta emalı və Mebel Sənayesi Sahəsi üzrə Palatasının tərəfdaşlığı və İnter Expo Mərkəzinin təşkilatçılığı ilə 18-21 mart 2020-ci il tarixlərində Bolqarıstanın Sofiya şəhərində “Mebel Dünyası 2020” (World of Furniture) adlı beynəlxalq sərgisi keçiriləcəkdir.

Sərgidə ev, ofis və otel mebelləri, üzlük çəkilmiş mebellər, matras və matras çərçivələri, stol və stullar, bağ mebelləri, interyer tekstil və s. sahələr nümayiş olunacaqdır.

Diqqətinizə çatdırmaq istərdik ki, uyğun profil üzrə alıcı şirkətlərin iştrakı təsdiq olunduqdan sonra, ekonom klass aviabilet, transfer və 2 gecə/3 gün otel, tədbirə giriş kartı, il boyu tərəfdaş axtarışı, tərcüməçi ilə təmin (ingilis-bolqar) xərcləri təşkilatçı tərəfindən ödənilir.

Tədbirdə iştrak etmək istəyən nümayəndələrdən Palataya müraciət etmələri xahiş olunur: +99412 492 89 1

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın