Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası, Avstriya İqtisadiyyat Palatasının Bakıdakı nümayəndəliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi  Fondunun təşkilatçılığı ilə 15 may 2019-cu il tarixində Bakıda Azərbaycan-Avstriya Biznes Forumu keçirildi. Tədbirdə logistika, kənd təsərrüfatı, sənaye, tekstil və digər sahələrdə fəaliyyət göstərən aAstriya şirkətləri ilə yanaşı, 70-dən artıq yerli iş adamları da iştirak etdilər.

Biznes Forumun rəsmi hissəsində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadə, Avstriyanın Türkiyə, Azərbaycan və Gürcüstan regionu üzrə Xarici iqtisadi əlaqələr nümayəndəsi Georg Karabaczek, həmçinin Avstriyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Aleksandr Bayerli çıxış etdilər. Rəsmilər iki ölkə arasındakı iqtisadi əlaqələrin vacibliyi, ixrac və idxal məsələləri, əlverişli biznes və investisiya imkanlarının yaradılması və digər iqtisadi məsələlərə toxundular.

Tədbir Azərbaycan və Avstriya ölkələrinin iqtisadi mühitindən bəhs edən təqdimatların keçirilməsi ilə davam etdi.

Biznes Forum çərçivəsində hər iki tərəfin iş adamları ikitərəfli görüşlər keçirdilər və gələcəkdə potensial iş imkanlarını müzakirə etdilər.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın