7 may 2019-cu il tarixində Palatanın prezidenti Niyaz Əli-zadə Hindistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna ilə görüşdü. Palatanın tarixi, üzvləri, fəaliyyəti və beynəlxalq strukturlarla əlaqəsi haqqında ətraflı məlumat verən Niyaz Əli-zadə Hindistan səfirliyi ilə Palata arasındakı iş birliyinin vacibliyini vurğuladı. Səfir isə öz növbəsində gələcəkdə Azərbaycanda keçiriləcək tədbirlərdə Palata ilə əməkdaşlığa maraqlı olduğunu qeyd etdi.

 Görüş zamanı iki ölkənin iqtisadi münasibətləri, keçiriləcək sərgilər və tədbirlər barədə müzakirələr aparıldı.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın