Cari ilin 11 aprel tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əli-zadə Slovakiya Respublikasının dövlət katibinin müavini, xarici və Avropa işləri üzrə nazir Miroslav Layçakın rəhbərlik etdiyi iş adamlarından ibarət nümayəndə heyətini Palatada qarşıladı.

Görüş zamanı iki ölkə arasındakı ticari əlaqələri daha da gücləndirmək, iş adamları arasında birgə iş birliyinin yaradılması və digər məsələlər geniş müzakirə olundu. Azərbaycanın tikinti, maşınqayırma sahələri, nou-hau texnologiyalarının tətbiq olunduğu şirkətlər ilə yaxından maraqlanan iş adamları, Palatanın həqiqi üzvləri və digər tikinti şirkətləri ilə görüşmək arzusunda olduqlarını da bildirdilər.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın