24 may 2019-cu il tarixində Palatanın prezidenti Niyaz Əli-zadə Moldovanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri George Leuca ilə görüşdü. Görüş zamanı Moldovanın biznes mühiti, iqtisadiyyatı, investisiya potensialı haqqında məlumat verən cənab səfir, Moldova ilə kənd təsərrüfatı, tikinti, sənaye, energetika və digər sahələrdə əməkdaşlığa maraqlı olan Azərbaycan şirkətləri ilə yaxından maraqlandığını qeyd etdi. Niyaz Əli-zadə öz növbəsində, investorların axtarış məsələləri, yerli şirkətlərə maraqlı ola biləcək sahələrdə çalışan Moldova şirkətləri haqqında məlumat bazasının vacibliyini, o cümlədən ikitərəfləri əməkdaşlığı daha da inkişaf etdirmək üçün forumların, təqdimatların, B2B görüşlərin, sərgilərin keçirilməsinin əhəmiyyətini vurğuladı və hər iki ölkədə yerli “Made in Azərbaycan” və “Made in Moldova” brendləri adı altında mağazaların açılmasını təklif etdi. Cənab Leuca Moldova və Azərbaycan Ticarət və Sənaye Palataları arasında Əməkdaşlıq Sazişinin bağlanmasının hər iki ölkənin iqtisadi əlaqələrinin möhkəmləndirilməsində növbəti bir addım olacağını qeyd etdi.

 

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın