19 avqust 2019-cu il tarixində AR TSP-nin vitse-prezidenti Nazim Tatliyevin Avrasiya Xalqları Assambleyasının layihə üzrə baş katibliyi rəhbərinin müavini Tatyana Fyodorova, layihə üzrə şöbənin rəisi Natalya Burova və Avrasiya Xalqları Assambleyasının üzvü, “Kür Logistika” şirkətinin baş direktoru Mahmud Qafarov ilə Palatada görüşü baş tutdu. Görüş zamanı ikitərəfli əməkdaşlıq münasibətləri, Assambleyanın Azərbaycanda fəaliyyət göstərməsi üçün gələcəkdə birgə görüləcək işlər, o cümlədən cari ilin sentyabr-oktyabr aylarında keçirilməsi planlaşdırılan Avrasiya Xalqları Assambleyası Günləri adı altında iri miqyaslı tədbirin təşkili barədə danışıqlar aparlıdı.

Həmçinin iki təşkilat arasında “Anlaşma Memorandumu”nun imzalanması məsələsi də görüşdə müzakirə olundu.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın