chamber.az
chamber.az
chamber.az
chamber.az
chamber.az
chamber.az
chamber.az
chamber.az
RSS
 
 
 
 "East İnvest" Avropa Kommisiyasının təşəbbüsü və Avropa Palataları Assosiasiyasının idarəçiliyi ilə Sərq tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilir.

 
 ÖDƏNİŞSİZ "Öyrən və Qazan" qlobal onlayn təhsil kampaniyası
 

   

 
click wise for detailsclick wise for detailsclick wise for details
 
 
 

Məqsəd və vəzifələr

 

Azərbaycan Respublikası TSP müəyyən edilmiş qaydada:

 

  • Palata üzvlərinə təsərrüfat fəaliyyətinin həyata keçirilməsi məsələləri üzrə kömək edir, ölkə daxilində və xaricdə onların mənafelərini təmsil və müdafiə edir;

 

  • Xarici texnologiyaların "Nou-Hau" və investisiyaların cəlb edilməsi, səhmdar cəmiyyətlərin, birgə müəssisələrin və digər təşkilatların yaradılması kimi imkanlardan istifadə edərək rəqabət qabiliyyətli məhsul istehsalının inkişafına kömək edir;

 

  • Sahibkarlıq fəaliyyəti aparmaq məsələləri üzrə təklif və tövsiyyələrin işlənib hazırlanması məqsədilə sahibkarlıq fəaliyyəti subyektləri ilə digər maraqlı təşkilatlar və şəxslər arasında qarşılıqlı əlaqəni təşkil edir;

 

  • Sahibkarlıq fəaliyyətinin, bu sahədə qüvvədə olan normativ aktların təhlilini aparır, onların təkmilləşdirilməsi üzrə təklif və tövsiyyələr verir;

 

  • Palataya məxsus təsir formalarından və metodlarından istifadə edərək, qeyri-işgüzar tərəf müqabilliyin və ləyaqətsiz rəqabətin baş verməməsi və qarşısının alınması üçün tədbirlər görür;

 

  • Özəlləşdirmə prosesinin həyata keçirilməsinə kömək edir;

 

  • Mütəxəssislərin sahibkarlıq fəaliyyətinin müasir metodlarını öyrənmək üzrə təlimini təşkil edir, onların, o cümlədən xaricdə təcrübə keçməsini təmin edir;

 

  • Azərbaycan Respublikasında fermerliyin, kiçik və orta müəssisələrin inkişafına kömək edir;

 

  • Palatanın səlahiyyətinə daxil olan məsələlər üzrə jurnal, bülleten, icmal, toplu, məlumat kitabçaları, informasiya - reklam, metodiki təlim materialları və digər nəşriyyat məhsulları dərc edir;

 

  • Malların ixracının, struktur keyfiyyətinin inkişafına yardım edir, müəssisə, birlik və təşkilatlara xarici bazarda əməliyyatlar keçirməyə, yeni əməkdaşlıq formalarının mənimsənilməsində əməli köməklik edir;

 

  • Məsləhət xidməti göstərir, eləcə də tərəf - müqabil axtarışında köməklik edir, xarici-iqtisadi fəaliyyət, o cümlədən xarici sifarişçilərə, dövlət və kommersiya sirlərinin açılmaması şərti ilə informasiya xidməti göstərir;

 

  • Sahibkarların başqa ölkələrin müəssisə, təşkilat və firmaları ilə istehsalat və elmi-texniki əməkdaşlığının, eləcə də birgə müəssisələrin yaranmasına və digər sahibkarlıq formalarının inkişafına yardım edir;

 

  • Azərbaycan Republikası ərazisində xarici firma, bank, təşkilat nümayəndələrinə, kommersiya fəaliyyəti üçün vacib olan xidməti təmin edir;

 

  • Fiziki və hüquqi şəxslər, o cümlədən xarici fiziki və hüquqi şəxslər üçün reklam işi aparır, bədii reklam orjinallarının və maketlərin hazırlanma sifarişlərini yerinə yetirir;

 

  • Azərbaycan Respublikası fiziki və hüquqi şəxslərinin qüvvədə olan qanunvericilikdən və sənaye mülkiyyətinin qorunması üzrə beynəlxalq müqavilələrdən irəli gələn hüquqların müdafiəsi üzrə tapşırıqları yerinə yetirir;

 

  • Fiziki və hüquqi şəxslərin sənaye mülkiyyəti obyektlərinə olan kommersiya hüquqlarının həyata keçirilməsinə yardım edir;

 

  • Arbitraj orqanları, dispaşer assosiasiyası yaradır, onların əsasnaməsini təsdiq edir, beynəlxalq kommersiya arbitrajı sahəsində əməkdaşlığı inkişaf etdirir, xarici ölkələrlə iqtisadi elmi-texniki, ticarət əlaqələri həyata keçirildikdə, istifadə olunmaq üçün arbitraj qeyd şərtlərini tövsiyyə edir, təyin edir, ayrı-ayrı işlərə baxılması üçün yaradılan arbitrajın keçirilməsinə yardım edir;

 

  • Palatanın məqsəd və vəzifələrinə müvafiq qüvvədə olan qanunvericiliyə zidd olmayan funksiyaları yerinə yetirir.

 

 

Azərbaycan haqqında | Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası | Üzvlük | Beynəlxalq layihələrimiz | Tədbirlər | Sərgilər və yarmarkalar | Xəbərlər | Kommersiya təklifləri | Reklam fəaliyyəti | Partnyorlar | TSP-nin nəşrləri | Bizimlə əlaqə
copyright by Azərbaycan Ticarət və Sənaye Palatası 2009 ©
all rights reserved.
developed by Kalb