chamber.az
chamber.az
chamber.az
chamber.az
chamber.az
chamber.az
chamber.az
chamber.az
RSS
 
 
 
 "East İnvest" Avropa Kommisiyasının təşəbbüsü və Avropa Palataları Assosiasiyasının idarəçiliyi ilə Sərq tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilir.

 
 ÖDƏNİŞSİZ "Öyrən və Qazan" qlobal onlayn təhsil kampaniyası
 

   

 
click wise for detailsclick wise for detailsclick wise for details
 
 
 

Xəbərlər

SUDAN SƏFİRİ İLƏ GÖRÜŞ

09.02.2015

23 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadə Sudanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Məhəmməd Elias Məhəmmədi Palatada qarşıladı.

 

PAKİSTAN İSLAM RESPUBLİKASININ SƏFİRİ İLƏ GÖRÜŞ

09.02.2015

Cari ilin 8 yanvar tarixində Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Xalid Usman Qaiser ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadənin Palatada görüşü baş tutdu.

 

 

AZƏRBAYCAN REPUBLİKASI TİCARƏT VƏ SƏNAYE PALATASI ASİYA-SAKİT OKEAN TİCARƏT CƏ SƏNAYE PALATALARI KONFEDERASİYASINA ÜZV SEÇİLDİ

07.01.2015

İki tərəfli danışıqlar nəticəsində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası beynəlxalq təşkilat olan Asiya-Sakit Okean Ticarət və Sənaye Palataları Konfederasiyasına üzv qəbul edilib. Təşkilatın fəaliyyəti üzv olan 30-a yaxın Avstraliya və Asiya ölkələri arasında iqtisadi münasibətlərin daha da sıxlaşmasına yönəlib.  

 

AZƏRBAYCAN VƏ BAŞQIRDISTAN TİCARƏT VƏ SƏNAYE PALATALARI ARASINDA SAZİŞ İMZALANDI

15.12.2014

Cari ilin 15 dekabr tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadə Rusiya Federasiyasının Başqırdıstan Ticarət və Sənaye Palatasının vitse-prezidenti Barmin Pavel Qennadeviç və prezidentin müşaviri Alifanov Vasiliy Serqeyeviçi Palatada qəbul etdi.

 

NİJEQORODSK VİLAYƏTİNİN İŞ ADAMLARI İLƏ GÖRÜŞ

15.12.2014

15 dekabr 2014-cü il tarixində Rusiyanın Nijeqorodsk vilayətinin İxracat Potensialının İnkişaf Mərkəzinin direktoru Seleznyov Vladimir Valentinoviç və Nijeqorodsk vilayətinin Ticarət və Sənaye Palatasının baş direktorunun müşaviri Qadalov İqor Anatolyeviçin başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadənin Palatada görüşü baş tutdu. Dəyirmi masada vilayətin nümayəndə heyəti ilə bərabər, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin tərkibində Ticarət nümayəndəliyinin rəhbərliyi və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının üzvləri də iştirak etmişlər.

 

QVATEMALA RESPUBLİKASININ SƏFİRİ İLƏ GÖRÜŞ

28.11.2014

26 noyabr 2014-cü il tarixində Qvatemala Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri H. Estuardo Menese C. ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadənin Palatada görüşü baş tutdu.

 

AZƏRBAYCAN RESPUBLİKASI TİCARƏT VƏ SƏNAYE PALATASININ PREZİDENTİ AVROPA RƏSMİLƏRİNİ QARŞILADI

28.11.2014

25 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadə Avropa Palataları Assosiasiyasının nümayəndələri və “Şərq tərəfdaşlığı” proqramı, “East İnvest” layihəsinin menecerləri Birgit Arens və İrina Tixonovanı, Avropa Palataları Assosiasiyasının eksperti Peter Boltanı və Avropanın Kiçik və Orta Müəssisələri Birliyinin nümayəndəsi Doriz Annemarie Emmyni Palatada qarşıladı.

 

AZƏRBAYCAN RESPUBLİKASI TİCARƏT VƏ SƏNAYE PALATASINA YENİ PREZİDENT SEÇİLDİ

18.11.2014

18 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının Rəyasət Heyətinin növbədənkənar iclası keçirilmişdir. Rəyasət Heyətinin qərarı ilə Əli-zadə Niyaz Ənvər oğlu Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti seçilmişdir.

 

AZƏRBAYCAN VƏ MAQNİTOQORSK TİCARƏT VƏ SƏNAYE PALATALARI ARASINDA SAZİŞ İMZALANDI

23.10.2014

22 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əli-zadə Rusiya Federasiyasının Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərinin Ticarət və Sənaye Palatasının prezidenti və iş adamlarından ibarət  nümayəndə heyətini qəbul etdi.

 

KİTA (KOREYA BEYNƏLXALQ TİCARƏT ASSOSİASİYASI) NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

29.09.2014

Cari ilin 29 sentyabr tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Adil Hüseynov ilə Koreya Beynəlxalq Ticarət Assosiasiyasının (KİTA – Korea İnternational Trade Assosiation) baş icraçı direktoru Kim Moo Han və direktor müavini Jung Hee Chulun Palatada görüşü baş tutdu.

 

İRAN SƏFİRLİYİNİN NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞ

08.09.2014

Cari ilin 5 sentyabr tarixində İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin iqtisadiyyat şöbəsinin müdiri Məhəmməd Tağı Rezayanın Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Adil Hüseynovla Palatada görüşü baş tutdu.

 

MALAYZİYA NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

16.07.2014

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Adil Hüseynov bu gün Malayziyanın İstanbuldakı Ticarət İnkişaf Agentinin direktoru İzdiham Abdul Hamid və marketinq meneceri Eyüp Ulusoyu, həmçinin, Malayziyanın Azərbaycandakı Səfirlyinin məsləhətçisi Harris Alwini Palatada qəbul etdi.

 
Azərbaycan haqqında | Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası | Üzvlük | Beynəlxalq layihələrimiz | Tədbirlər | Sərgilər və yarmarkalar | Xəbərlər | Kommersiya təklifləri | Reklam fəaliyyəti | Partnyorlar | TSP-nin nəşrləri | Bizimlə əlaqə
copyright by Azərbaycan Ticarət və Sənaye Palatası 2009 ©
all rights reserved.
developed by Kalb