chamber.az
chamber.az
chamber.az
chamber.az
chamber.az
chamber.az
chamber.az
chamber.az
RSS
 
 
 
 "East İnvest" Avropa Kommisiyasının təşəbbüsü və Avropa Palataları Assosiasiyasının idarəçiliyi ilə Sərq tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilir.

 
 ÖDƏNİŞSİZ "Öyrən və Qazan" qlobal onlayn təhsil kampaniyası
 

   

 
click wise for detailsclick wise for detailsclick wise for details
 
 
 

Xəbərlər

CƏNUBİ AFRİKA RESPUBLİKASININ AZƏRBAYCANDAKI SƏFİRİ İLƏ GÖRÜŞ

15.05.2014

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Niyza Əli-zadə ilə Cənubi Afrika Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vika Xumalonun Palatada görüşü baş tutdu. Görüş zamanı iki ölkə arasındakı münasibətlərin inkişafı, əlaqələrin genişləndirilməsi, Azərbaycanın sərmaye imkanları, iqrisadiyyatı və s. mövzular müzakirə edilmişdir.

 

PALATADA "KRAN TEXNOLOGİYALARI" RUSİYA ŞİRKƏTİNİN TƏQDİMATI KEÇİRİLDİ

28.04.2014

Cari ilin 28 aprel  tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Rusiyanın iri müəssisələrindən biri olan “Kranovıye Texnoloqii” (Крановые Технологии)  şirkətlər qrupunun nümayəndə heyətinin iştirakı ilə Palatada şirkətin biznes-təqdimatı keçirilib. Tədbir Azərbaycandakı yerli dövlət və özəl qurumlarla qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması məqsədi daşıyır.

 

AZƏRBAYCAN RESPUBLİKASI TİCARƏT VƏ SƏNAYE PALATASI İLƏ RUSİYANIN STAVROPOL ƏYALƏT TİCARƏT VƏ SƏNAYE PALATASI ARASINDA SAZİŞ İMZALANDI

15.04.2014

02-04 aprel, 2014-cü il tarixlərində Rusiya Federasiyasının Stavropol diyarı hökumətinin sədr müavini Andrey Murqanın rəhbərlik etdiyi rəsmi şəxslərdən və müxtəlif sahələr üzrə iş adamlarından ibarət nümayəndə heyəti Bakıda işgüzar səfərdə olmuş, iqtisadi-siyasi, təhsil və digər sahələr üzrə görüşlərdə iştirak etmişlər.

Görüş çərçivəsində təşkil olunmuş biznes-forumda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Stavropol Ticarət və Sənaye Palatası arasında "Əməkdaşlıq Haqqında Sazişi" imzalanmışdır.

 

 

AZƏRBAYCAN VƏ URAL TİCARƏT VƏ SƏNAYE PALATALARI ARASINDA "SAZİŞ" İMZALANDI

17.03.2014

15 mart 2014-cü il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının Birinci vitse-prezidenti Niyaz Əli-zadə Ural Ticarət və Sənaye Palatasının rəhbərliyi və bir neçə iş adamlarından ibarət nümayəndə heyətini qəbul etdi.

Görüşün sonunda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Ural Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq barədə "Saziş" imzalandı. "Saziş"i Azərbaycan TSP tərəfindən Birinci vitse-prezident Niyaz Əli-zadə, Ural TSP tərəfindən Vitse-prezident Aleksandr Viktoroviç Makarov imzalamışdır.

 

İSPANİYA VƏ AZƏRBAYCAN ƏLAQƏLƏRİ

07.02.2014

Bu gün Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının Birinci vitse-prezidenti Niyaz Əli-zadə Ankaradakı İspaniya Səfirliyi İqtisadiyyat və Ticarət Müşavirliyinin xarici ticarət üzrə mütəxəssisi cənab Juan Hermosa Mazonu Palatada qəbul edib.

 

BİZNESİN İNKİŞAFINA DƏSTƏK OLAN TƏŞKİLATLAR ÜÇÜN TREYNİNQ KEÇİRİLDİ

07.02.2014

Avropa Palataları Assosiasiyasının Şərq tərəfdaşlığı proqramı, "East İnvest" layihəsi çərçivəsində 04-06 fevral, 2014-cü il tarixlərində Bakıda biznesin inkişafına dəstək olan təşkilatlar (Business Support Organizations) üçün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının  (ASK) təşkilatçılığı və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının dəstəyi ilə ASK-da Layihələrin idarə edilməsi mövzusunda treyninq keçirildi.

 

İTALİYANİN AZƏRBAYCANDAKI SƏFİRİ İLƏ GÖRÜŞ

07.02.2014

04 fevral 2014-cü il tarixində Palatada İtaliyanın Azərbaycanda yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri cənab Campaolo Kutillyo ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının Birinci vitse-prezidenti Niyaz Əli-zadənin görüşü baş tutdu. Görüş zamanı İtaliya ilə Azərbaycan arasındakı ticari, iqtisadi-siyasi, diplomatik və mədəni əlaqələrin inkişafı və gələcəkdə bu əlaqələrin daha da möhkəmləndirilməsi müzakirə olunub.

 

AZƏRBAYCAN VƏ İRAN ARASINDA İQTİSADİ MÜNASİBƏTLƏRƏ DAHA BİR ADDIM

24.12.2013

Dekabrın 19-da Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının vitse-prezidenti Adil Hüseynovun Tehran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının prezidenti Yəhya Əli İshaq və 30-dan artıq yüksək səviyyəli İran iş adamlarından ibarət nümayəndə heyətini Palatada qarşıladı. Görüş zamanı, iki Palata arasındakı münasibətlər, əməkdaşlıq məsələləri və gələcəkdə birgə layihələrin həyata keçirilməsi müzakirə olundu. Görüşdən sonra mətbuat konfransı keçirildi.

 

İTALİYANIN REGİONAL PALATALARI İLƏ ƏMƏKDAŞLIQ

04.12.2013

2013-cü ilin 03 dekabr tarixlərində İtaliyanın Udine şəhərinin Ticarət Palatasının prezidenti Giovanni Da Pozzo və italyan iş adamlarından ibarət nümayəndə heyəti ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əli-zadənin görüşü keçirildi.

 

BAKIDAN "KOSMOSA SƏYAHƏT"

04.12.2013

Bakıda Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə ABŞ-ın Kosmik və Raket Mərkəzinin "Kosmosa səyahət" adlı sərgisinin açılışı baş tutub. 2014-cü ilin fevral ayına kimi davam edəcəyi nəzərdə tutulan sərginin əsas məqsədi xüsusilə gənclərin kosmik fəza barədə biliklərinin artırılması və bu sahədə maarifləndirilməsi, o cümlədən İKT sahəsində yeni texnologiyaların öyrənilməsinə, inkişaf etdirilməsinə dəstəkdir.

 

İQTİSADİ VƏ TİCARƏT ATTAŞESİ İLƏ GÖRÜŞ

27.11.2013

26 noyabr 2013-cü il tarixində Belçikanın Türkiyədəki Baş Konsulluğunun iqtisadi və Ticarət Attaşesi cənab Eric Bletard ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının Birinci vitse-prezidenti Niyaz Əli-zadənin görüşü baş tutdu.

 

1-Cİ AVROPA-AZƏRBAYCAN İNVESTİSİYA KONFRANSI

11.09.2013

11 sentyabr 2013-cü il tarixində Bakıda AHK-nın (Alman-Azərbaycan Ticarət Palatası) təşkilatçılığı və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının dəstəyi ilə  I Avropa-Azərbaycan İnvestisiya Konfransı keçirildi. Tədbir Avropa Komissiyasının təşəbbüsü və Avropa Palataları Assosiasiyasının (Eurochambres) idarəçiliyi ilə Şərq tərəfdaşlığı proqramının "East İnvest" (www.east-invest.eu) layihəsi çərçivəsində həyata keçirilmişdir.

 
Azərbaycan haqqında | Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası | Üzvlük | Beynəlxalq layihələrimiz | Tədbirlər | Sərgilər və yarmarkalar | Xəbərlər | Kommersiya təklifləri | Reklam fəaliyyəti | Partnyorlar | TSP-nin nəşrləri | Bizimlə əlaqə
copyright by Azərbaycan Ticarət və Sənaye Palatası 2009 ©
all rights reserved.
developed by Kalb