chamber.az
chamber.az
chamber.az
chamber.az
chamber.az
chamber.az
chamber.az
chamber.az
RSS
 
 
 
 "East İnvest" Avropa Kommisiyasının təşəbbüsü və Avropa Palataları Assosiasiyasının idarəçiliyi ilə Sərq tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilir.

 
 ÖDƏNİŞSİZ "Öyrən və Qazan" qlobal onlayn təhsil kampaniyası
 

   

 
click wise for detailsclick wise for detailsclick wise for details
 
 
 

Xəbərlər

İQTİSADİ VƏ TİCARƏT ATTAŞESİ İLƏ GÖRÜŞ

27.11.2013

26 noyabr 2013-cü il tarixində Belçikanın Türkiyədəki Baş Konsulluğunun iqtisadi və Ticarət Attaşesi cənab Eric Bletard ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının Birinci vitse-prezidenti Niyaz Əli-zadənin görüşü baş tutdu.

 

1-Cİ AVROPA-AZƏRBAYCAN İNVESTİSİYA KONFRANSI

11.09.2013

11 sentyabr 2013-cü il tarixində Bakıda AHK-nın (Alman-Azərbaycan Ticarət Palatası) təşkilatçılığı və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının dəstəyi ilə  I Avropa-Azərbaycan İnvestisiya Konfransı keçirildi. Tədbir Avropa Komissiyasının təşəbbüsü və Avropa Palataları Assosiasiyasının (Eurochambres) idarəçiliyi ilə Şərq tərəfdaşlığı proqramının "East İnvest" (www.east-invest.eu) layihəsi çərçivəsində həyata keçirilmişdir.

 

ARGENTİNA RESPUBLİKASINI AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN MÜŞAVİRİ İLƏ GÖRÜŞ

09.09.2013

03 sentyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasında Argentina Respublikasının ölkəmizdəki səfirliyinin müşaviri Qabriel Alejandro Jorquera ilə Palatanın vitse-prezidenti Adil Hüseynovun görüşü keçirildi.

 

ƏRDƏBİL TİCARƏT VƏ SƏNAYE PALATASININ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

09.09.2013

Cari ilin avqust ayının 22-də Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasında Palatanın vitse-prezidenti Adil Hüseynovun İran İslam Respublikasının Ərdəbil şəhərinin Ticarət Palatasının nümayəndə heyəti ilə görüşü kecirilmişdir. Nümayəndə heyətinin tərkibinə Ərdəbil əyalətinin Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının hörmətli sədri (nümayəndə heyətinin başçısı) Hüseyn Pirmüəzzən, Ərdəbil Bələdiyyəsinin hörmətli sədri Sədif Bədri, Palata sədrinin hörmətli müavini Bəhruz Pursüleyman və digər rəsmi şəxslər daxil idi. Qonaqları səmimi salamlayan Palatanın vitse-prezidenti Adil Hüseynov, onlara ölkəmizdə gedən sosial-iqtisadi inkişaf barədə geniş məlumat vermişdir.

 

ALMAN İŞ ADAMLARI İLƏ GÖRÜŞ

09.09.2013

22 avqust  2013-cü il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Adil Hüseynov  Almaniyanın "Saarland International" təşkilatının nümayəndəsi  Gerd Martinin başçılığı ilə Alman iş adamlarından ibarət nümayəndə heyətini Palatada qarşıladı. "Saarland International" təşkilatı Almaniyanın Saarland torpağının İqtisadiyyat və Elm Nazirliyinin, Saarland Sənaye və Ticarət Palatasının və ZPT-nin (Saar Produktivlik və Texnologiya Mərkəzi) xarici iqtisadiyyat üzrə birliyidir.  Görüşün məqsədi Almaniyanın Saarland əyaləti ilə Azərbaycan arasında xarici-iqtisadi əlaqələrin perspektivləri ilə tanış olmaqdan ibarətidir.   

 

İNDONEZİYA RESPUBLİKASININ AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN BAŞ MÜŞAVİRİ İLƏ GÖRÜŞ

09.09.2013

20 avqust 2013-cü il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Adil Hüseynov  İndoneziya  Respublikasının  Azərbaycan Respublikasındakı səfirliyinin baş  müşaviri  Aqus Trimartononu Palatada qəbul etdi.
Görüş zamanı Aqus Trimartono Azərbaycan-İndoneziya arasındakı   biznes əlaqələrin inkişafı, ticari missiyaların, tədbirlərin keçirilməsi  məsələlərinə toxundu

 

İTALİYANIN XARİCİ TİCARƏT PALATASININ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

18.07.2013

16 sentyabr 2013-cü il tarixində İtaliyanın Xarici Ticarət Palatasının (İCE) direktoru vəzifəsinə yeni təyin olunmuş cənab Luigi D'Aprea və ticarət şöbəsinin direktoru xanım Gulia Gullotti ilə Azərbaycan TSP-nin birinci vitse-prezidenti Niyaz Əli-zadənin Palatada görüşü baş tutdu.

 

 

İTALİYA İŞ ADAMLARI İLƏ GÖRÜŞ

01.07.2013

21 iyun 2013-cü il tarxində İtaliyanın Veneto vilayətindən nümayəndə heyəti ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Adil Hüseynovun görüşü baş tutdu. Görüşdə Azərbaycan-İtaliya iqtisadi, mədəni əlaqələri müzakirə edildi.

 

EGİAD-ın AZƏRBAYCAN TSP-DƏ GÖRÜŞÜ KEÇİRİLİDİ

01.07.2013

Cari ilin 21 iyun tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasında İzmirdə fəaliyyət göstərən EGİAD-ın (Ege Gənc  İşadamları Dərnəyi) turizm, konsaltinq, hüquq, mebel və dekorasiya, inşaat, kimya, bitki mənşəli məlumatlar, mədən, dəmir və s. sahələri təmsil edən 21 nəfərdən ibarət nümayəndə heyəti ilə görüş keçirildi.

 

AZƏRBAYCAN TSP-Sİ VƏ BRAZİLİYA SƏFİRLİYİ ARASINDA ƏLAQƏLƏRİN MÖHKƏMLƏNMƏSİNƏ DAİR GÖRÜŞ

02.05.2013

29 mart 2013-cü il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Adil Hüseynov ilə Braziliyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin vəzifələrini icra edən cənab Sostenes Arruda De Makedanın Palatada görüşü baş tutdu.

 

SLOVAKİYANIN İŞ ADAMLARINDAN İBARƏT NÜMAYƏNDƏ HEYƏTİ İLƏ PALATADA GÖRÜŞ

26.04.2013

Cari ilin 11 aprel tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əli-zadə Slovakiya Respublikasının dövlət katibinin müavini, xarici və Avropa işləri üzrə nazir Miroslav Layçakın rəhbərlik etdiyi iş adamlarından ibarət nümayəndə heyətini Palatada qarşıladı.

 

İSVEÇ İŞ ADAMLARI İLƏ GÖRÜŞ

26.04.2013

04 aprel 2013-cü il tarixində İsveçin Xarici İşlər Nazirliyinin Şərqi Avrop Departamentinin dirketor müavini Berger Karlsson, İsveç Ticarət və İnvestisiya şürasinin rəhbəri həmin şuranın yüksək səviyyəli nümayəndələri ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əli-zadənin Palatada görüşü keçirildi.

 
Azərbaycan haqqında | Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası | Üzvlük | Beynəlxalq layihələrimiz | Tədbirlər | Sərgilər və yarmarkalar | Xəbərlər | Kommersiya təklifləri | Reklam fəaliyyəti | Partnyorlar | TSP-nin nəşrləri | Bizimlə əlaqə
copyright by Azərbaycan Ticarət və Sənaye Palatası 2009 ©
all rights reserved.
developed by Kalb