chamber.az
chamber.az
chamber.az
chamber.az
chamber.az
chamber.az
chamber.az
chamber.az
RSS
 
 
 
 "East İnvest" Avropa Kommisiyasının təşəbbüsü və Avropa Palataları Assosiasiyasının idarəçiliyi ilə Sərq tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilir.

 
 ÖDƏNİŞSİZ "Öyrən və Qazan" qlobal onlayn təhsil kampaniyası
 

   

 
click wise for detailsclick wise for detailsclick wise for details
 
 
 

Xəbərlər

EBRD BAS VƏ AR TİCARƏT VƏ SƏNAYE PALATASININ ƏMƏKDAŞLIĞI DAVAM EDİR

25.02.2013

20 fevral 2013-cü il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının “BAS” Proqramı konsultantlar üçün Strateji Planlaşdırma üzrə seminar təşkil etmişdir. 14 konsaltinq sektorunun nümayəndələrinin qatılması ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının nümayəndələri seminarın işində çox aktiv iştirak etdilər.

 

HAAQA TİCARƏT VƏ SƏNAYE PALATASI AZƏRBAYCAN RESPUBLİKASI TİCARƏT VƏ SƏNAYE PALATASINDA SEMİNAR KEÇİRDİ

22.01.2013

Cari ilin 14 yanvar tarixində Haaqa Ticarət və Sənaye Palatasının direktoru Eduard De Lustgraaf və beynəlxalq əlaqələr üzrə meneceri xanım Paulien Dirkzvager Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasında Avropa Palataları Assosiasiyasının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində keçirilən "East-İnvest" layihəsi istiqamətində yeni sahə olan "coaching scheme" mövzusunda seminar keçirdi.

 

İNDONEZİYA RESPUBLİKASININ REGİONAL NÜMAYƏNDƏLƏR ŞÜRASININ SƏDRİ İLƏ PALATADA GÖRÜŞ BAŞ TUTDU

26.12.2012

Ölkəmizdə səfərdə olan İndoneziya Respublikasının Regional Nümayəndələr Şurasının sədri İrman Qusmanın başçılıq etdiyi nümayəndə heyəti dekabrın 20-də Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əlizadə ilə görüşmüşdür.

 

ERİTREYA DÖVLƏTİNİN AZƏRBAYCANA YENİ TƏYİN OLUNMUŞ SƏFİRİ İLƏ GÖRÜŞ

06.12.2012

Cari ilin 4 dekabr tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının Birinci vitse-prezidenti  Niyaz Əli-zadə Eritreya Dövlətinin ölkəmizdə yeni təyin olunmuş  Fövqəladə və Səlahiyyətli  səfiri Tekley Minassie Asgedomu qəbul etmişdir.

 

EBRD BAS VƏ AZƏRBAYCAN TİCARƏT VƏ SƏNAYE PALATASININ ƏMƏKDAŞLIĞI

06.12.2012

4 dekabr 2012-ci il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankı Biznes Məsləhət Xidmətləri Proqramı (BAS) nümayəndələri Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının əməkdaşlığı ilə təşkil olunmuş 15 yerli konsaltinq şirkətinə “BAS proqramının qaydaları və layihə idarəetməsinin üsulları” adlı təlim  keçdi.

 

YENİ TƏYİN OLUNMUŞ SƏFİRLƏRLƏ GÖRÜŞ

06.12.2012

Cari ilin 30 noyabr tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının Birinci vitse-prezidenti cənab Niyaz Əli-zadə Azərbaycana yeni təyin olunmuş Nigeriya Federativ Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Alhaji Tukur Manini və Kot d-İvuar Respublikasının  Fövqəladə və Səlahiyyətli səfiri  Bernar Tano-Buçueni Palatada qarşıladı.

 

 

İRAN İSLAM RESPUBLİKASININ SƏFİRİ İLƏ GÖRÜŞ

06.12.2012

29  noyabr 2012-ci il tarixində İran İslam Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri  Möhsen Pak Ayin ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının Birinci vitse-prezidenti Niyaz Əli-zadənin Palatada görüşü baş tutdu.

 

AZƏRBAYCAN-SERBİYA BİZNES FORUMU

26.11.2012

26 noyabr 2012-ci il tarixində Bakıda Serbiyanın Baş nazirinin müavini, Xarici və Daxili Ticarət və Telekommunikasiyalar naziri cənab Rasim Lyayiçin, Serbiya Ticarət və Sənaye Palatasının Prezidenti cənab Milos Bugarin, o cümlədən, Azərbaycanın dövlət strukturları və yerli iş adamlarının iştirakı ilə Azərbaycan-Serbiya biznes-forumu keçirildi.

 

AZƏRBAYCAN-TÜRKİYƏ İŞ ADAMLARI ARASINDAKI ƏLAQƏLƏRƏ DAHA BİR ADDIM

18.11.2012

Cari ilin 18 oktyabr tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əli-zadə Türkiyədə fəaliyyət göstərən Eqe Soyutma Sənayeçiləri və İşadamları Dərnəyindən Azərbaycana səfər etmiş 15 nəfərlik iş adamlarından ibarət nümayəndə heyətini Palatada qarşıladı.

 

MONTENEQRO İŞ ADAMLARI İLƏ GÖRÜŞ

18.11.2012

17 oktyabr 2012-ci il tarixində Azərbaycana səfər etmiş Monteneqronun tanınmış iş adamı, Avstriyanın Monteneqrodakı fəxri konsulu cənab Milan Mrvaljevic və Monteneqro Diplomatik Akademiyasının direktoru cənab Rajko Vujacic ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti cənab Niyaz Əli-zadənin Palatada görüşü baş tutdu.

 

AZƏRBAYCAN VƏ İSLAMABAD PALATALARININ GÖRÜŞÜ

18.11.2012

08 oktyabr 2012-ci il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasında İslamabad Ticarət və Sənaye Palatasının prezidenti cənab Zəfər Baxtavari və İdarə heyətinin üzvü, Ekspo Komitəsinin Sədri cənab Munavar Mughal ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti cənab Niyaz Əli-zadə və vitse-pezidenti Mehman Əhmədovun görüşü keçirildi.

 

POLŞANIN "ULMA CONSTRUCCION POLSKA S.A." ŞİRKƏTİNİN TƏQDİMATI

08.10.2012

04 oktyabr 2012-ci il tarixində Bakıda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Polşanın “ULMA Construccion Polska S.A.” şirkətinin seminar-təqdimatıı keçirildi. Seminarda 30-a yaxın yerli dövlət və özəl qurumlar iştirak etdilər.

 
Azərbaycan haqqında | Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası | Üzvlük | Beynəlxalq layihələrimiz | Tədbirlər | Sərgilər və yarmarkalar | Xəbərlər | Kommersiya təklifləri | Reklam fəaliyyəti | Partnyorlar | TSP-nin nəşrləri | Bizimlə əlaqə
copyright by Azərbaycan Ticarət və Sənaye Palatası 2009 ©
all rights reserved.
developed by Kalb