Üzvlük haqqında

Azərbaycanda fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasına üzv olmaq hüququna malikdir. Bunun üçün müvafiq ərizə forması doldurularaq, müraciət məktubu ilə birlikdə Palataya təqdim olunur. Təqdim olunan məktub və ərizə forması əsasında Palatanın Rəyasət heyətinin iclasının qərarı ilə subyektin üzvülüyü qəbul olunur. Müəyyən olunmuş üzvlük haqqı ödənildikdən sonra subyektə Palatanın tam hüquqlu üzvü olduğunu təsdiq edən beynəlxalq sertifikat verilir.

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasında Üzvlük Sizə Nə Verir?

  1. Müstəqil ekspertiza xidmətləri:

        mal alanın məhsul qəbulunda iştirak etmək, məhsulun müqaviləsinin kəmiyyət və keyfiyyət            tələblərinə uyğun olmadıqda reklamasiya aktları tərtib etmək;

        ixrac edilən malların yükləməzdən əvvəl sayının və keyfiyyətinin yoxlanması;

        öz istehsalı olan məhsulların ekspertizası;

        əmlakın və malların qiymətləndirilməsi və s.

  1. Şirkətin adının Palatanın rəsmi saytında yerləşdirilməsi.
  2. Şirkətin logo və reklamının saytımızda üzvlər üçün münasib endirimli qiymətə yerləşdirilməsi.
  3. Biznes forumlara, treyninqlərə, seminarlara, prezentasiyalara, dəyirmi masalara dəvət.
  4. Beynəlxalq Arbitraj məhkəməsi xidmətləri.
  5. Beynəlxalq tədbirlərə sahələr üzrə dəvət (çox hallarda ödənişsiz);
  6. İnformasiya təminatı.
  7. Səfirliklərə viza üçün təqdimat məktubunun verilməsi.
  8. Uyğun sahələr üzrə təqdimat məktubunun verilməsi.
  9. Palatanın iştirak etdiyi beynəlxalq layihələrə cəlb olunma.
  10. Şirkət haqqında beynəlxalq və yerli tərəfdaşlara məlumatın göndərilməsi.
  11. Prezentasiyaların, seminarların təşkili və s.

Üzvlük üçün ərizə formasını və məktub nümunəsini buradan yükləyə bilərsiz

Yüklə: uzvluk sablon.pdf Yüklə: Anket.pdf

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın