Funksiyalar

Azərbaycan Respublikası TSP müəyyən edilmiş qaydada:

 

Palata üzvlərinə təsərrüfat fəaliyyətinin həyata keçirilməsi məsələləri üzrə kömək edir, ölkə daxilində və xaricdə onların mənafelərini təmsil və müdafiə edir;

Xarici texnologiyaların "Nou-Hau" və investisiyaların cəlb edilməsi, səhmdar cəmiyyətlərin, birgə müəssisələrin və digər təşkilatların yaradılması kimi imkanlardan istifadə edərək rəqabət qabiliyyətli məhsul istehsalının inkişafına kömək edir;

Sahibkarlıq fəaliyyəti aparmaq məsələləri üzrə təklif və tövsiyyələrin işlənib hazırlanması məqsədilə sahibkarlıq fəaliyyəti subyektləri ilə digər maraqlı təşkilatlar və şəxslər arasında qarşılıqlı əlaqəni təşkil edir;

Sahibkarlıq fəaliyyətinin, bu sahədə qüvvədə olan normativ aktların təhlilini aparır, onların təkmilləşdirilməsi üzrə təklif və tövsiyyələr verir;

Palataya məxsus təsir formalarından və metodlarından istifadə edərək, qeyri-işgüzar tərəf müqabilliyin və ləyaqətsiz rəqabətin baş verməməsi və qarşısının alınması üçün tədbirlər görür;

Özəlləşdirmə prosesinin həyata keçirilməsinə kömək edir;

Mütəxəssislərin sahibkarlıq fəaliyyətinin müasir metodlarını öyrənmək üzrə təlimini təşkil edir, onların, o cümlədən xaricdə təcrübə keçməsini təmin edir;

Azərbaycan Respublikasında fermerliyin, kiçik və orta müəssisələrin inkişafına kömək edir;

Palatanın səlahiyyətinə daxil olan məsələlər üzrə jurnal, bülleten, icmal, toplu, məlumat kitabçaları, informasiya - reklam, metodiki təlim materialları və digər nəşriyyat məhsulları dərc edir;

Malların ixracının, struktur keyfiyyətinin inkişafına yardım edir, müəssisə, birlik və təşkilatlara xarici bazarda əməliyyatlar keçirməyə, yeni əməkdaşlıq formalarının mənimsənilməsində əməli köməklik edir;

Məsləhət xidməti göstərir, eləcə də tərəf - müqabil axtarışında köməklik edir, xarici-iqtisadi fəaliyyət, o cümlədən xarici sifarişçilərə, dövlət və kommersiya sirlərinin açılmaması şərti ilə informasiya xidməti göstərir;

Sahibkarların başqa ölkələrin müəssisə, təşkilat və firmaları ilə istehsalat və elmi-texniki əməkdaşlığının, eləcə də birgə müəssisələrin yaranmasına və digər sahibkarlıq formalarının inkişafına yardım edir;

Azərbaycan Republikası ərazisində xarici firma, bank, təşkilat nümayəndələrinə, kommersiya fəaliyyəti üçün vacib olan xidməti təmin edir;

Fiziki və hüquqi şəxslər, o cümlədən xarici fiziki və hüquqi şəxslər üçün reklam işi aparır, bədii reklam orjinallarının və maketlərin hazırlanma sifarişlərini yerinə yetirir;

Azərbaycan Respublikası fiziki və hüquqi şəxslərinin qüvvədə olan qanunvericilikdən və sənaye mülkiyyətinin qorunması üzrə beynəlxalq müqavilələrdən irəli gələn hüquqların müdafiəsi üzrə tapşırıqları yerinə yetirir;

Fiziki və hüquqi şəxslərin sənaye mülkiyyəti obyektlərinə olan kommersiya hüquqlarının həyata keçirilməsinə yardım edir;

Arbitraj orqanları, dispaşer assosiasiyası yaradır, onların əsasnaməsini təsdiq edir, beynəlxalq kommersiya arbitrajı sahəsində əməkdaşlığı inkişaf etdirir, xarici ölkələrlə iqtisadi elmi-texniki, ticarət əlaqələri həyata keçirildikdə, istifadə olunmaq üçün arbitraj qeyd şərtlərini tövsiyyə edir, təyin edir, ayrı-ayrı işlərə baxılması üçün yaradılan arbitrajın keçirilməsinə yardım edir;

Palatanın məqsəd və vəzifələrinə müvafiq qüvvədə olan qanunvericiliyə zidd olmayan funksiyaları yerinə yetirir.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın