AGRA 2023 - 61-ci Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sərgisi

          Bildiririk ki, 2023-cü ilin 26-31 avqust tarixlərində Sloveniyanın  Qorna Radqona şəhərində  “AGRA” beynəlxalq  61-cı kənd təsərrüfatı və ərzaq sərgisi keçiriləcəkdir.

          Sərgi dünyanın ən qabaqcıl kənd təsərrüfatı texnikası, qida sənayesi, qablaşdırma avadanlıqları istehsal edən şirkətlərini bir araya gətirəcək. İştirakçılar üzümçülük və şərabçılıq, bağçılıq və bitkiçilik, heyvandarlıq və seleksiya sahələrində əsas nailiyyətlərini, o cümlədən, bitkilərin  mühafizə vasitələri, kənd təsərrüfatı məhsullarının saxlanması və emalı sahələrində innovasiyaları təqdim edəcəklər.

 

          Sərgidə dünyanın kənd təsərrüfatı siyasətinin inkişaf istiqamətləri nəzərə alınmaqla, kənd təsərrüfatında mövcud olan əsas problemlərə, həyata keçirilən  innovasiyalara diqqət yetiriləcəkdir.

           Bununla, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası 2023-cü ilin avqust ayının 28-dən 31-dək  iş adamları və sahibkarlardan ibarət nümayəndə heyəti üçün Sloveniyada keçiriləcək sözügedən sərgiyə işgüzar səfər təşkil etmək niyyətindədir.

           Diqqətinizə çatdırmaq istərdik ki, səfər çərçivəsində potensial tərəfdaşlarla işgüzar görüşlərin təşkili, B2B danışıqlar, müəssisələrə səfərlər, o cümlədən, məhsulların Avropa bazarı üçün sertifikatlaşdırılması və bəyan edilməsi, Avropa Birliyi ölkələrində əmtəə nişanının qeydiyyatı ilə bağlı təşkil olunacaq seminarda iştirak nəzərdə tutulmuşdur.

           Səfərnən  bağlı bütün xıdmətlər (Uçaq biletləri Bakı-İstanbul-Lyublyana-İstanbul-Bakı, 4*oteldə qonaqlama, viza rəsmiləşdirilməsi, siğorta, ölkədaxili nəqliyyat (səfər proqramına uyğun),işqüzar görüşlər, tərcüməçi xidmətləri və s.) işqüzar səfərin iştirakçının hesabına TSP tərəfindən təqdim olunur.

          Yuxarıda qeyd  olunanları nəzərə alaraq, Azərbaycan  Respublikası Ticarət və Sənaye Palatasının təşkil etdiyi işgüzar səfərində iştirakla bağlı maraq olduğu halda iyun ayının 5-dək müraciət edə bilərsiniz.

 

Əlaqə: Ervin Sadıqov – tel: 492 15 92, 492 89 12, mob: 050 223 20 12,

E-mail: ervin.sadıqov@chamber.az

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın