Kocaeli TP təşkilatçılığı ilə Co Matching tədbiri / 27 avqust 2024

Hörmətli sahibkarlar!

Türkiyənin Kocaeli Ticarət Palatasının təşkilatçılığı ilə 27 avqust 2024-cü il tarixində  B2match platforması üzərindən Co-matching adlı online tədbir təşkil olunacaq. 

Bu il artıq yeddinci dəfədir ki təşkil olunan “Co-Matching” tədbirində siz, müxtəlif sektorlarda fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri ilə görüşə və mümkün əməkdaşlıqları dəyərləndirə biləcəksiniz. Eyni zamanda məhsullarınızı, layihələrinizi və xidmətlərinizi sektorun aparıcı şirkətlərinə təqdim etmək, biznes şəbəkənizi beynəlxalq əlaqələrlə genişləndirmək, yeni kommersiya və texnoloji əməkdaşlıqlar, layihə tərəfdaşlıqları qurmaq imkanı əldə edəcəksiniz.

Əlaqədar sektorlar:
- Maşın istehsalı;
- Metal və Metal Emalı;
- Plastik və Kauçuk;
- Elektrik-Elektronika;
- Avtomobil və Avtomobil Təchizat Sənayesi;
- Kimya sənayesi;
- Ağac məmulatları və meşə məhsulları;
- İnşaat və Tikinti Materialları;
- Qida;
- İT;
- Enerji;
- Turizm;
- Daşınmaz əmlak;
- Davamlı istehlak materialları.

Co-Matching tədbiri çərçivəsində təşkilatçıların aşağıda qeyd olunan xidmətlərindən də yararlana biləcəksiniz:
- Şirkət profillərinin onlayn sistemdə dərc edilməsi;
- Tədbirdən əvvəl, tədbir zamanı və sonra dəstək;
- İngilis - Türk, Türk - İngilis dili tərcüməsi.

İştirak Ödənişsizdir!

Qeydiyyat üçün son gün: 25 avqust 2024-cü il
Tədbirin tarixi: 27 avqust 2024-cü il

İştirak etmək istəyən nümayəndələr Palataya müraciət edə bilərlər. 

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın