"POLTEK DIGITAL" virtual Polatlı Texnologiya sərgisi

 
Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası və Türkiyənin Polatlı Ticarət Palatası birgə əməkdaşlıq edərək, dünyadakı inkişafı və dəyişikliləri yaxından izləmək, üzvlərinin/iş adamlarının iş mühitində effektivliyini artırmaq, milli və beynəlxalq bazarlarda aktiv iştirak etmələrini təmin etmək məqsədi ilə Polatlı Ticarət Palatası. ilk 3D bilgilərinə əsaslanan virtual sərgini təşkil edir. 
 
Belə ki, 25 fevral 2022-ci il il tarixində keçirilməsi planlaşdırılan və onlayn B2B görüşlərin də yer tutacağı "POLTEK DIGITAL" virtual Polatlı Texnologiya sərgisi, mövcud ticarət şəbəkəsindən yeni bir şəbəkəyə daşınaraq fərqli sərgi təcrübəsinin təqdim edilməsini nəzərdə tutmuşdur.
 
Bir ay boyunca ziyarətçilər üçün açıq olacaq POLTEK DIGITAL virtual sərgisi qida, inşaat, mebel, tikinti materialları, kənd təsərrüfatı maşınları kimi bir çox sektorda, təchizat, avadanlıq və aksessuarların eyni anda sərgilənərək, sənaye məlumat bazasının bir araya gətirilməsinə şərait yaradır.
 
Əməkdaşlıq təklifləri və alış-satış istəkləri ilə zənginləşdirilmiş POLTEK DIGITAL, www.globalpiyasa.com e-ixrac platformasının texniki infrastrukturu və e-ixrac platforması,  təsdiq edilmiş bütün sektorların iştirakına təmənnasız açıq olan və işgüzar əlaqələrin qurulduğu peşəkar mühitdir. Sözügedən platforma Türkiyənin Ticarət Nazirliyi tərəfindən məhsulun filtrasiyası, yeddi dildə avtomatik tərcümə və sifariş idarəetmə imkanları, yeni şəbəkə yaratmaq, vaxta qənaət, məlumatlılıq və biznesin inkişafı, ixrac tələblərinə çıxış, kommersiya və sosial sahələrdə qarşılıqlı əlaqə, dünya bazarlarına rəqəmsal səyahət və digər fərqli təcrübələr təqdim edir.
 
Əlavə məlumat almaq üçün: https://epostabildirim.globalpiyasa.com/PoltekDigital_EN.html
                                              https://poltekdigital.globalpiyasa.com/en/fairs.aspx

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın