Azərbaycan-Avstriya Biznes-Forumu
Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası, Avstriya İqtisadiyyat Palatasının Bakıdakı nümayəndəliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə 15 may 2019-cu il tarixində Bakıda Azərbaycan-Avstriya Biznes-Forumu keçirildi. Tədbirdə logistika, kənd təsərrüfatı, sənaye, tekstil və digər sahələrdə fəaliyyət göstərən Avstriya şirkətləri iştirak etdilər.
Biznes-Forumda Palatanın üzvlərindən “Metal-qaynaq-sınaq” (MSQ) MMC, “AzərPak” MMC və “Xəzər-Lada” ASC-nin səlahiyyətli nümayəndələri iştirak edərək Avstriya şirkətləri ilə faydalı görüşlər keçirdilər.