8-ci İƏT Üzv Dövlətlərinin Ticarət Sərgisi
Bildiririk ki, 23–26 noyabr 2026-cı il tarixlərində Pakistanın Karaçi şəhərində yerləşən Expo Mərkəzdə 18-ci İƏT Üzv Dövlətlərinin Ticarət Sərgisi (18th Trade Fair of OIC Member States) keçiriləcəkdir.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətləri arasında ticarət və investisiya əlaqələrinin inkişafına xidmət edən tədbir çərçivəsində şirkətlər üçün məhsul və xidmətlərini təqdim etmək, yeni tərəfdaşlarla əlaqələr qurmaq, B2B görüşlərində, biznes forumlarında və digər işgüzar tədbirlərdə iştirak etmək imkanları yaradılacaq. Tədbir 4-cü Beynəlxalq Qida və Kənd Təsərrüfatı Sərgisi (FoodAg 2026) ilə paralel keçiriləcək.
Sərgidə öz məhsullarınızı sərgiləmək və sərgi iştirakçısı qismində çıxış etmək istəyirsinizsə online formanı dolduraraq qeydiyyatdan keçməyiniz xahiş olunur. Əlavə məlumat üçün rəsmi saytı ziyarət edə bilərsiniz
Əlaqə: Amir Rahman, Sərgi Menecerinin müavini
E-mail: amir.rahman@tdap.gov.pk
Mob.: +92 300 223 02 60


