Haqqımızda

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası (Azərbaycan Respublikası TSP və ya Palata) mənfəətə iddiası olmayan, Azərbaycan Respublikasının milli iqtisadiyyatının inkişafına yardım edən müstəqil, qeyri dövlət ictimai təşkilatdır.

Yaradılıb 1922-ci ildə

Azərbaycan Respublikası TSP-nin fəaliyyəti Azərbaycan Respublikası qanunvericiliyi ilə, Nizamnamə və özünün yuxarı orqanı ilə həyata keçirilir.

Azərbaycan Respublikası TSP mülikyyət forması, tabeçiliyi və Respublika ərazisində yerləşmə yerindən asılı olmayaraq müəssisə, birlik, təşkilatlar, sahibkarlar və onların birlikləri ilə, eləcə də başqa dövlətlərin və beynəlxalq təşkilatların sahibkarları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Azərbaycan Respublikası TSP sahibkarların marağını dövlət və onun orqanları, eləcə də sosial tərəf müqabili olan zəhmətkeşlərin təşkilatları ilə münasibətdə qoruyur.

Azərbaycan Respublikası TSP öz funksiyalarını müstəqil və yaxud republika bölgələrində və xaricdə yaradılmış öz müəssisə, təşkilat və birlikləri vasitəsilə həyata keçirir.

Azərbaycan Respublikası TSP hüquq şəxsdir, ayrıca mülkiyyətə malikdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə edə bilər, vəzifələr daşıya bilər, məhkəmə, arbitraj və münsiflər məhkəməsində iddiaçı və cavabdeh ola bilər.

Xarici-iqtisadi - ticarət nümayəndə heyətlərini, xarici işgüzar dairələrin və ictimai təşkilatların ayrı-ayrı nümayəndələrini dəvət və qəbul edir, öz təmsilçilərini, iqtisadi-ticarət nümayəndə heyətlərini xaricə göndərir, iqtisadi məsələlər üzrə sərgilər, işgüzar görüşlər, simpoziumlar, konfrans və konqreslər, işgüzar turlar və turizm səfərləri təşkil edir.

 

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın