Honq Konq 2025/26 – imkanlar və əməkdaşlıq seminarı

Sizi  Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası və Honq Konq Ticarətin İnkişafı Şurası (HKTDC) dövlət agentliyinin birgə təşkilatçılığı ilə 20 oktyabr 2025-ci il tarixində Bakıda keçiriləcək “Honq Konq 2025/26 – imkanlar və əməkdaşlıq” adlı seminara dəvət edirik.

 

Tədbirin məqsədi Azərbaycan şirkətlərinə Çin Xalq Respublikasının bazarlarına çıxışda Honq Konqun rolu, həmçinin investisiya, ticarət və sərgi sahələrində mövcud imkanlar barədə praktik məlumat vermək və yeni biznes tərəfdaşlıqlarının qurulmasına şərait yaratmaqdır.

 

Seminar çərçivəsində aşağıdakı mövzular üzrə təqdimatlar olacaq:

  • Çinlə beynəlxalq ticari-iqtisadi münasibətlərin inkişaf tendensiyaları və bu prosesdə Honq Konqun rolu;
  • Azərbaycan şirkətləri üçün Honq Konqda investisiya, ticarət və əməkdaşlıq mühitinin üstünlükləri;
  • Təchizatçıların axtarışı və biznesin təşkili üzrə praktiki dəstək imkanları;
  • 2025/26-cı illərdə Honq Konqda keçiriləcək sərgi və beynəlxalq tədbirlər barədə təqdimatlar.

 

Seminarda iştirak ödənişsizdir.

Tədbirin işçi dili: ingilis/rus

 

Xahiş edirik, tədbirdə iştirak edəcək nümayəndələriniz barədə məlumatı (ad, soyad, vəzifə və telefon nömrəsi) 14 oktyabr 2025-ci il tarixinədək expo@chamber.az, azerbaijancci@gmail.com e-mail ünvanlarına göndərəsiniz. Həmçinin, aşağıdakı link vasitəsilə də qeydiyyatdan keçə bilərsiniz:

 

Qeydiyyat linki: https://forms.gle/DeC4YQWuFnetVynK9

 

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın