20 oktyabr 2023-cü il tarixində AR TSP-nin prezidenti Niyaz Əli-zadə Türkiyənin Çarşamba Ticarət və Sənaye Palatasının sədri Ayhan Sonkaya və türkiyəli iş adamlarından ibarət nümayəndə heyətini Palatada qarşıladı.

Görüş zamanı hər iki Palatanın fəaliyyəti, strukturu barədə məlumat verildi, gələcəkdə palatalararası münasibətlərin möhkəmləndirilməsi və imkanları müzakirə edildi. Əsasən tikinti və inşaat sektorunu təmsil edən nümayəndə heyəti Azərbaycanda tikinti bazarının potensialı, ikitərəfli əməkdaşlıqların qurulması, Azərbaycanın işğaldan azad olunmuş Qarabağ regionunda davam edən yenidənqurma və tiknti işləri ilə bağlı prioritet sualları ünvanlayaraq qarşılıqlı fikir mübadiləsi apardıları.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın