Reklam fəaliyyəti

Bildiyiniz kimi, Ticarət və Sənaye Palatalarının şəbəkəsi dünyada olduqca genişdir və müxtəlif ölkələrin Ticarət və Sənaye Palatalarına üzv olan müəssisələrin sayı milyonlarla ölçülür. 1922-ci ildə yaradılan və ölkəmizin ən təcrübəli təşkilatlarından biri olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının 200-ə yaxın müxtəlif ölkə və regionların Ticarət və Sənaye Palataları ilə əməkdaşlıq haqqında sazişi var. Palatamız eyni zamanda, Avropa Palataları Assosiasiyasının, İslam Ölkələri Ticarət və Sənaye Palatasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, GUAM Ölkələri Ticarət və Sənaye Palatalarının və digər beynəlxalq təşkilatların üzvüdür.

Beləki, Palatanın geniş imkanlarının olması baxımından biz Sizə müəssisənizin reklamını, loqosunu və ya haqqında hər hansı bir məlumatı saytımızda yerləşdirməyinizi təklif edirik. Siz reklamınızı saytımızda yerləşdirməklə müəssisənizin əhatə dairəsini və əlaqələrini genişləndirmək üçün olduqca böyük bir imkan qazanmış olacaqsınız. Əminik ki, bu Sizin gələcək fəaliyyətinizə çox uğurlu tövhə verəcəkdir.

 

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın