22 iyun 2026-cı il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əlizadə Asiya-Afrika Ticarət və Sənaye Palatasının (AACCI) təsisçisi və sədri professor doktor G.D. Sinqh ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə Asiya və Afrika ölkələri arasında iqtisadi əlaqələrin genişləndirilməsi, biznes dairələri arasında əməkdaşlığın təşviqi, qarşılıqlı investisiya imkanları və birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Tərəflər işgüzar əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və iki qurum arasında tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Görüş qarşılıqlı maraq doğuran məsələlərin nəzərdən keçirilməsi ilə başa çatıb.


