20 may 2026-cı il tarixində AR TSP-nin prezidenti Niyaz Əli-zadə Esvatini Krallığının Ticarət, Sənaye və Ticarət Nazirliyinin nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Esvatini Krallığının Ticarət, Sənaye və Ticarət naziri Manqoba Khumalo, İnvestisiyaların Təşviqi üzrə İcraçı Rəhbər Martin Masilela və Kiçik və Orta Sahibkarlıq Departamentinin direktoru Mluleki Dlamini iştirak ediblər.

Tərəflər görüş çərçivəsində Azərbaycan və Esvatini arasında ticarət-iqtisadi əlaqələrin inkişafı, investisiya imkanları, sahibkarlıq fəaliyyətinin təşviqi və qarşılıqlı əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar. Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və gələcək əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi ilə yekunlaşıb.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın