21 avqust 2015-ci il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əlizadə və vitse-prezidenti Nazim Tatlıyev ABŞ-ın Kanzas ştatından nümayəndə heyətini Palatada qarşıladı. Nüamyəndələrin tərkibinə Konzasın Nümayəndələr Palatasının üzvləri və digər rəsmi şəxslər daxil idi.
Konqresin rəsmi nümayəndələri Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının fəaliyyəti, məqsəd və vəzifələri ilə maraqlandılar. Palatanın prezidenti Niyaz-Əlizadə Palata haqqında ətraflı məlumat verərək, qonaqları Palatanın iş prinsipləri ilə yaxından tanış etdi. Azərbaycanın neft sahəsi, neftin ucuzlaşmasının ölkə iqtisadiyyatına təsiri və qeyri neft sektorunun, turzim, kənd təsərrüfatının potensial inkişafı müzakirə edildi.