Alman iş adamları ilə görüş
22 avqust 2013-cü il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Adil Hüseynov Almaniyanın "Saarland International" təşkilatının nümayəndəsi Gerd Martinin başçılığı ilə Alman iş adamlarından ibarət nümayəndə heyətini Palatada qarşıladı. "Saarland International" təşkilatı Almaniyanın Saarland torpağının İqtisadiyyat və Elm Nazirliyinin, Saarland Sənaye və Ticarət Palatasının və ZPT-nin (Saar Produktivlik və Texnologiya Mərkəzi) xarici iqtisadiyyat üzrə birliyidir. Görüşün məqsədi Almaniyanın Saarland əyaləti ilə Azərbaycan arasında xarici-iqtisadi əlaqələrin perspektivləri ilə tanış olmaqdan ibarətidir.
Görüş zamanı sıx dostluq münasibətində olan iki ölkə arasındakı ticari əlaqələri gücləndirmək, iş adamları arasında birgə iş birliyinin yaradılması, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi, birgə fəaliyyətin daha da inkişaf etdirilməsi və digər məsələlər geniş müzakirə olundu. Səmimi dostluq şəraitində keçən görüş Almaniya-Azərbaycan iş adamları arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün növbəti addım oldu. Görüşdə Almaniya-Azərbaycan Ticarət Palatasının (AHK) prezidenti Florian Şröder də iştirak etmişdir.