Cari ilin 31 avqust tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadə və vitse-prezidenti Nazim Tatlıyev ABŞ-ın Nyu-Meksiko ştatının senat üzvləri Mary Kay Papen, Clemente Sanchez, Villiam F. Brut, region Palatasının prezidenti Mike Espiritu və digər rəsmi şəxslərdən ibarət heyəti Palatada qarşıladılar.
Görüş zamanı Azərbaycanın iqtisadi vəziyyəti, investisiya imkanları, kənd təsərrüfatı, təhsil, o cümlədən Nyu-Meksiko ştatının sənayesi və ixracat potensialı barədə geniş müzakirələr aparıldı.
Niyaz Əli-zadə rəsmi heyətə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının iş prinsipi, fəaliyyəti, funksiyaları haqqında ətraflı məlumat verdi və gələcəkdə Palata ilə əməkdaşlıq məsələlərinin mümkünlüyü vurğulandı.