16–18 iyul 2025-ci il tarixlərində Azərbaycanda səfərdə olan Asiya İnkişaf Bankının İxrac və Dəyər Zənciri Tədqiqatı üzrə Məsləhətləşmə Missiyasının nümayəndə heyəti Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasında görüşdə olmuşdur.
Görüş 17 iyul 2025-ci il tarixində keçirilmiş və missiya nümayəndələrini Palatanın vitse-prezidenti Adil Hüseynov qəbul etmişdir. Görüş zamanı Azərbaycanın ixrac potensialının artırılması, dəyər zəncirlərinin inkişafı və özəl sektorun qlobal bazarlara çıxış imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.
Tədbir çərçivəsində ixracın şaxələndirilməsi, rəqabət qabiliyyətinin gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi imkanları müzakirə edilmiş, qarşılıqlı əməkdaşlığın perspektivləri dəyərləndirilmişdir.


