06 may 2015-ci il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse –prezidentləri Adil Hüseynov və Nazim Tatlıyev Asiya-Sakit Okean Ticarət və Sənaye Palataları Konfederasiyasının ( CACCI) rəhbərliyini və idarə heyətinin üzvlərini Palatada qəbul etdi.

Görüş zamanı Adil Hüseynov nümayəndələrə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası haqqında ətraflı məlumat verərək, Asiya-Sakit Okean Ticarət və Sənaye Palataları Konfederasiyasına üzv olmaqdan məmnunluq duyduğumuzu, iki təşkilat arasında qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etdi.

Asiya-Sakit Okean Ticarət və Sənaye Palataları Konfederasiyasının rəhbər nümayəndəsi Amador R. Honrado Konfederasiyaya üzv ölkələr arasında birgə iqtisadi münasibətlərin inkişafını təşviq etməklə bu ölkələr arasında sıx əməkdaşlıq əlaqələrini yaratmaq və gələcəkdə bu ölkələrlə birgə tədbirlərin həyata keçirilməsinin mümkün tərəflərini müzakirə etdi.

Görüşün sonunda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının rəhbərliyi Konfederasiyanın cari ilin oktyabr ayında keçiriləcək illik yığıncağına dəvət olundu.

 

 

 

 

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın