İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 12 sentyabr 2019-cu il tarixində Bakıda Azərbaycan-Rusiya Biznes- Forumu keçirilib. Forumda Rusiya Federasiyasının Sverdlovsk vilayətini təmsil edən rəsmi şəxslərlə yanaşı, sənaye, nəqliyyat-logistika, kənd təsərrüfatı, tikinti, təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları və s. sahələrdə fəaliyyət gösətərən iş adamları iştirak etmişlər. Tədbirdə hər iki ölkələrin rəsmiləri çıxış etmiş və 120-dən artıq iş adamları B2B görüşlərdə iştirak etmişlər.

Forumda iştirak edən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Nazim Tatliyev Sverdlovsk vilayətinin rəsmiləri ilə görüşərək, iki ölkə arasında iqtisadi münasibətləri, qarşılıqlı əməkdaşlıq məsələlərini və s. müzakirə etmişlər.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın