Beynəlxalq "Crans Montana" Forumu çərçivəsində Bakıya səfər edən Estoniya iç adamlarından ibarət nümayəndə heyəti ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə 29 iyun 2012-ci tarixində "Sapphire" otelində rəsmi hissədən və ikitərəfli görüşlərdən ibarət biznes-forum keçirildi.
Biznes-forumda Estoniya İqtisadiyyat və Kommunikasiya naziri Jyhan Parts, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əli-zadə çıxış edərək iki ölkə arasındakı iqtisadi münasibətlərin və ticari əlaqələrin inkişaf perspektivlərinin vacibliyini qeyd etdilər.
Estoniya iş adamları ilə təşkil olunmuş B2B görüşlərdə Azərbaycan tərəfindən nazirliklərin, dövlət komitələrinin və özəl şirkətlərin 30-dan artıq nümayəndələri iştirak edərək, təhlükəsizlik, nəqliyyat, daşınmaz əmlak, investisiya və digər sahələrdə görüşmüşlər.
Tədbirdən sonra Estoniya iş adamları Azərbaycanla əlaqələrin inkişafının gələcəkdə böyük perspektivlər yaradacağını vurğulamış və Palatanın təşkil etdiyi görüş barədə razılıqlarını bildirmişlər.