13 dekabr 2019-cu il tarixində Rusiya Federasiyası Həştərxan vilayətinin Qubernatorunun Bakıya səfəri çərçivəsində onu müşayət edən Həştərxan Ticarət və Sənaye Palatası Birliyi və iş adamlarından ibarət nümayəndə heyətinin iştirakı ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan-Həştərxan biznes forumu keçirildi.

Tədbirdə Həştərxanın taxıl bitkiləri, meyvə-tərəvəz, ət və ət məhsulları, yol tikintisi, tikinti, turizm və s. kimi iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları, Azərbaycan tərəfindən isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Dövlət Toxum Fondu, Azərkontrakt ASC, Azərenerji ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərsun Holding və digər dövlət və özəl şirkətlərin nümayəndələri iştirak etdilər.

Forum çərçivəsində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Həştərxan Ticarət və Sənaye Palatası Birliyi arasında Əməkdaşlıq haqqında saziş, eyni zamanda, Azərbaycan tərəfindən “AZE Turizm” MMC və “Mouzenidis Travel” MMC ilə Həştərxan tərəfindən “Delta – Transstroy” turizm assosiasiyası arasında da sazişlər imzalandı.

Tədbir B2B görüşlərlə davam etdi.

 

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın