Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda biznes forumun açılışında iştirak ediblər.
Dövlət başçıları biznes forumda çıxış ediblər.
Sonra Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub.
"Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Litva Respublikasının Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında Əməkdaşlıq Sazişi"ni Palatanın prezidenti Niyaz Əli-zadə və Assosiasiyanın baş direktoru xanım Gedre Rajinskiene imzaladılar.
Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimindən sonra dövlət başçıları Heydər Əliyev Mərkəzində klassik avtomobillərin sərgisi ilə tanış oldular.
Biznes forum işini müzakirələrlə davam etdirib.
Mənbə: AZƏRTAC
https://azertag.az/xeber/Bakida_Azerbaycan_Litva_biznes_forumu_kechirilib_YENILANIB_VIDEO-2139833