Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Türkiyənin Polatlı Ticarət Palatası arasında imzalanmış “Qardaş Palata Protokolu”na əsasən Ankara İnkişaf Agentliyinin dəstəyi ilə türkiyəli və azərbaycanlı iş adamları üçün üç ay davam edəcək onlayn təlim kursunun keçirilməsi ilə əlaqədar 07 dekabr 2021-ci il tarixində AR Ticarət və Sənaye Palatasının prezindeti Niyaz Əli-zadə və palataının işçi heyəti ilə Polatlı Ticarət Palatasını Baş katibi və rəyasət heyəti arasında onlayn görüşü baş tutdu.

Görüş zamanı iki Palatanın təşəbbüsü ilə kiçik və orta sahibkarlar üçün təşkil olunacaq onlayn təlimin mövzuları, proqramın ümumi gedişatı, layihənin sonunda keçirilməsi planlaşdırılan sərginin detalları müzakirə olundu.

Belə ki, hədəf olaraq seçilən dörd mövzü hər iki Palatanın üzvləri arasında paylanaraq onların tədbirdə iştirakının təmin olunması barədə qarşlılqlı razılıq əldə olundu.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın