Ötən ilin dekabr ayında başlayan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Türkiyənin Polatlı Ticarət Palatasının birgə əməkdaşlığı nəticəsində həyata keçirilən onlayn təlimlər cari ilin 18 fevral tarixində yekunlaşdı. Onlayn təlimlərdə iştirak edən AR TSP və Polatlı Ticarət Palatasının üzv şirkətləri layihənin sonunda keçirilməsi planlaşdırılan "POLTEK DIGITAL" virtual sərgisində istehsal etdikləri məhsulların sərgilənməsi üçün şərait əldə etdilər.

Belə ki, 25 fevral 2022-ci il tarixində "POLTEK DİGİTAL" virtual sərgisinin açılışı onlayn formatda baş tutdu. Açılışda Polatlı Palatasının prezidenti Ulvi Sakarya, AR TSP-nin vitse-prezidenti Nazim Tatlıyev, AZƏRSUN Holdingin İdarə Heyətinin üzvü Mehmet Savaş Uzan və digərləri çıxış etdilər. Onlayn tədbirdə sərgidə iştrak edəcək şirkətlərin tanıtım videoları göstərildi və bir çox şirkətlərın nümayəndələrinə söz verildi.

"POLTEK DIGITAL" onlayn sərgisi bir ay müddətində www.globalpiyasa.com saytında sərgilənəcək. Sərgini ziyarət etmək üçün https://poltekdigital.globalpiyasa.com/tr/fairs.aspx linkə klik edə bilərsiniz.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın