25 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadə Avropa Palataları Assosiasiyasının nümayəndələri və “Şərq tərəfdaşlığı” proqramı, “East İnvest” layihəsinin menecerləri Birgit Arens və İrina Tixonovanı, Avropa Palataları Assosiasiyasının eksperti Peter Boltanı və Avropanın Kiçik və Orta Müəssisələri Birliyinin nümayəndəsi Doriz Annemarie Emmyni Palatada qarşıladı.

Görüş zamanı Avropa nümayəndələrinə Azərbaycan Respublikası TSP-nin tarixi, fəaliyyəti, strukturu, vəzifə və öhdəlikləri haqqında məlumat verildi. Avropa Palataları Assosiasiyası ilə Azərbaycan TSP arasındakı birgə əməkdaşlıq məsələləri və həmçinin, gələcək layihələrdə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının iştirakı haqqında ətraflı müzakirələr aparıldı.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın