17 aprel 2012-ci ildə "Park İnn" otelində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Azərbaycan-Rusiya Biznes-Forumu keçirilmişdir. Biznes-forumda Rusiya Ticarət və Sənaye Palatasının vitse-prezidenti A.M.Rıbakov, Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin, Azərbaycan Respublikası Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Z.Səmədzadə, Rusiyanın Azərbaycandakı Ticarət müşaviri Y.Şedrin, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti N.Əlizadə, o cümlədən, 40-dan artıq rusiya iş adamları və 30-dan artıq yerli iş adamları iştirak etmişlər.
Biznes-forumda RF Ticarət cə Sənaye Palatası ilə Azərbaycan Republikası Ticarət və Sənaye Palatası arasında ""Əməkdaşlıq" sazişi imzalanmışdır. Sazişi Azərbaycan tərəfindən Niyaz Əlizadə, Rusiya tərəfindən isə Aleksandr Rıbakov imzalamışdır.
Habelə, Azərbaycan Republikası Ticarət və Sənaye Palatası ilə Nijeqorod vilayəti Ticarət və Sənaye Palatası arasında da "Əməkdaşlıq" sazişi imzalanıb. Sazişi Azərbaycanın Ticarət-Sənaye Palatasının birinci vitse-prezidenti Niyaz Əlizadə və Nijeqorod vilayəti TSP-nin nümayəndəsi İrina Dosenko imzalayıblar.