26 noyabr 2012-ci il tarixində Bakıda Serbiyanın Baş nazirinin müavini, Xarici və Daxili Ticarət və Telekommunikasiyalar naziri cənab Rasim Lyayiçin, Serbiya Ticarət və Sənaye Palatasının Prezidenti cənab Milos Bugarin, o cümlədən, Azərbaycanın dövlət strukturları və yerli iş adamlarının iştirakı ilə Azərbaycan-Serbiya biznes-forumu keçirildi.
Azərbaycan-Serbiya biznes-forumu çərçivəsində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Serbiya Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Saziş imzalandı. Saziş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının Birinci vitse-prezidenti Niyaz Əli-zadə və Serbiya Ticarət və Sənaye Palatasının Prezidenti Milos Bugarin tərəfindən imzalandı.