Cari ilin 29 noyabr tarixində Bakıda Azərbaycan-Tatarıstan biznes-forumu keçirilib.

Tədbirdə Azərbaycan və Tatarıstanın rəsmi heyəti ilə yanaşı,  neft-qaz, energetika, kənd təsərrüfatı, qida, İT və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Forum çərçivəsində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Tatarıstan Respublikası Ticarət və Sənaye Palatası Birliyi arasında Əməkdaşlıq Haqqında Saziş imzalanıb.

Tədbir şirkətlər arasında ikitərəfli görüşlərlə davam edərək öz işini yekunlaşdırıb.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın