20-21 iyun 2012-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Macarıstan, İtaliya və Portuqaliya Ticarət və Sənaye Palataları arasında "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində "East İnvest" layihəsinin ilk tvinning tədbirləri keçirildi.
Keçirilən tvinninglərdə Macarıstan Ticarət və Sənaye Palatasının Baş katibi cənab Péter Dunai, Macarıstan Ticarət və Sənaye Palatasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri və müdir müavini xanım Mária Stark və xanım Flóra Pálmay, İtaliya Palatasının beynəlxalq tender məsləhətçisi xanım Giada Anna Rapalino və Portuqaliya Ticarət və Sənaye Palatasının icraedici direktoru Rui Ramos Pinto Coelho Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının işçi heyətinə internasializasiya (beynəlmiləşmə), xüsusi sahələrdə ixraca yardım, investisiya və digər mövzularda seminarlar keçirdilər.
Tədbirdən sonra keçirilən seminarların Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının fəaliyyətinə gələcəkdə necə təsir göstərə biləcəyi barədə müzakirələr aparıldı.