29 mart 2013-cü il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Adil Hüseynov ilə Braziliyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin vəzifələrini icra edən cənab Sostenes Arruda De Makedanın Palatada görüşü baş tutdu.
Görüş zamanı cənab De Makeda Azərbaycan-Braziliya arasındakı biznes əlaqələrin inkişafı, missiyaların, tədbirlərin keçirilməsi məsələlərinə toxundu və bundan əlavə qeyd etdi ki, hal-hazırda iki ölkə üçün potesnial əlaqələr turizm üzərində qurula bilər.
Gələcəkdə əməkdaşlığın inkişafı, iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi barədə geniş müzakirə aparıldı.