Cari ilin 15 dekabr tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadə Rusiya Federasiyasının Başqırdıstan Ticarət və Sənaye Palatasının vitse-prezidenti Barmin Pavel Qennadeviç və prezidentin müşaviri Alifanov Vasiliy Serqeyeviçi Palatada qəbul etdi.
Görüş zamanı Azərbaycan və Başqırdıstan arasında iqtisadi-ticari məsələlər, o cümlədən, hər iki Palata arasında münasibətlərin möhkəmləndirilməsi, yerli sahibkarların vilayətin şirkət və müəssisələri barədə məlumatlandırılması, qarşılıqlı və davamlı işgüzar səfərlər və s. mövzular müzakirə olundu.
Görüşün sonunda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Başqırdıstan Ticarət və Sənaye Palatası arasında "Əməkdaşlıq barədə Saziş" imzalandı.