Azərbaycan və İran arasında iqtisadi münasibətlərə daha bir addım

Dekabrın 19-da Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının vitse-prezidenti Adil Hüseynovun Tehran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının prezidenti Yəhya Əli İshaq və 30-dan artıq yüksək səviyyəli İran iş adamlarından ibarət nümayəndə heyətini Palatada qarşıladı. Görüş zamanı, iki Palata arasındakı münasibətlər, əməkdaşlıq məsələləri və gələcəkdə birgə layihələrin həyata keçirilməsi müzakirə olundu. Görüşdən sonra mətbuat konfransı keçirildi.

AzərTAc xəbər verir ki, Yəhya Əli İshaq ölkələrimiz arasında iqtisadi-ticari və digər sahələrdə əməkdaşlıq əlaqələrindən danışmışdır. Bakıda olmağından məmnunluğunu bildirən Yəhya Əli İshaq Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini söyləmişdir. Regionda Azərbaycanın güclü mövqeyi haqqında geniş məlumata malik olduğunu deyən qonaq İranın iki ölkə arasında əlaqələrin genişlənməsinə önəm verdiyini vurğulamışdır.

Azərbaycan ilə İran arasında münasibətlərin uğurla inkişaf etdiyini söyləyən Yəhya Əli İshaq hər iki ölkənin iş adamlarının qarşılıqlı əməkdaşlığının genişlənməsinin vacibliyini söyləmişdir. Qeyd edilmişdir ki, İran ilə Azərbaycan arasında tikinti, qida məhsulları və digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün yaxşı potensial vardır.
Sonda mətbuat nümayəndələrinin sualları cavablandırılmışdır.

 

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın