28 sentyabr 2021-ci il tarixində Azərbaycan və İraq iş adamları arasında iqtisadi və işgüzar münasibətlərin inkişafı və dəstəklənməsi məqsədi ilə Azərbaycan-İraq Dəyirmi Masası keçirilib.  Tədbirin rəsmilər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbər vəzifəsini icra edən Yusif Abdullayev və İraq tərəfdən İraq Ticarət Palataları Federasiyasının prezidenti Abdulrazaq Al-Zuhiri, İraqın Azərbaycandakı Səfirlyinin müvəqqəti işlər vəkili Maki Ressan Al-Mamori və Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədov öz çıxışlarında hər iki ölkə arasında işgüzar münasibətlərin inkişafı, dəstəklənməsi və iş adamları arasında etibarlı biznes əlaqələrin qurulmasının vacibliyini qeyd ediblər, yerli malların İraq bazarına çıxarılması, iki ölkə arasında görülən işlər və qarşılıqlı səfərlərdən danışıblar.

Dəyirmi masada hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, qida, əczaçılıq, tikinti, turizm logistika sahələrində fəaliyyət göstərən iş adamları da iştirak ediblər. Tədbir çərçivəsində iş adamları arasında fəal ikitərəfli müzakirələr baş tutub.

Tədbir zamanı Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası və İraq Ticarət Palataları Federasiyası arasında əməkdaşlığa dair Saziş imzalanıb.

 

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın