03 oktyabr 2012-ci il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasında Roma Ticarət Palatasının rəhbərliyi ilə ikitərəfli görüş keçirildi. Azərbaycan Respublikasının İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri cənab Vaqif Sadıqovun iştiakı ilə keçən görüşdə İtaliya tərəfindən Roma Ticarət Palatasının prezidenti cənab Cankarlo Kremonezi, Palatanın baş katibi cənab Pyetro Abate, Palatanın iqtisadiyyat bölməsinin rəhbəri cənab Nikola Koluççi və Roma merinin mədəniyyət müşaviri, Roma meriyasının nəzdində fəaliyyət göstərən "Zetema" təşkilatının prezidenti cənab Françesko Markolini, Azərbaycan tər’findən isə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının birinci vitse-prezidenti cənab Niyaz Əli-zadə, Paltanın vitse-prezidentləri cənab Mehman Əhmədov və cənab Adil Hüseynov, o cümlədən digər rəsmi şəxslər iştirak etmişlər.