Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının Vitse-prezidenti Adil Hüseynov 10-14 sentyabr 2012-ci il tarixlərində Sloveniyanın paytaxtı Lyublyana şəhərinə səfər etmişdir. Səfərin əsas məqsədi Avropa Palataları Assosiasiyasının"Şərq tərəfdaşlığı" proqramı çərçivəsində "East İnvest" layihəsinə daxil olan Palatalararası təcrübə mübadiləsi proqramında iştirakı idi.
Mübadilə proqramında iştirak zamanı Sloveniya Ticarət və Sənaye Palatasının xidmətləri və funksiyaları barədə ətraflı məlumat toplanmış, regionlarda Palataların fəaliyyəti öyrənilmiş, iki ölkənin iqtisadi əlaqələrinin genişləndirilməsi, birgə tədbirlərin keçirilməsinin mümkünlüyü müzakirə olunmuşdur.
Səfər çərçivəsində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının Vitse-prezidenti ilə Sloveniya Ticarət və Sənaye Palatasının Prezidenti Samo Hribar Milic "Əməkdaşlıq Sazişi" imzalamışlar.