Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə onlayn konfrans keçirildi.

05 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Ukraynanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına həsr olunmuş onlayn konfrans keçirildi.

Tədbir Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Husyev Yuriy Veniaminoviçin açılış nitqi ilə başladı. O, Azərbaycan və Ukrayna arasındakı strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq, ticarət, sənaye və investisiya sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd etdi.

Onlayn konfransda hər iki ölkədən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 30-dan çox şirkət və müəssisə, eləcə də işgüzar dairələri təmsil edən assosiasiyalar iştirak etdilər. Tədbir çərçivəsində biznes nümayəndələri mövcud iqtisadi münasibətlər, yeni tərəfdaşlıq imkanları və gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr apardılar.

Konfrans çərçivəsində iki ölkənin iş adamları arasında kənd təsərrüfatı, sənaye, logistika tekstil və tikinti sektorlarında əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı, yeni işgüzar əlaqələrin qurulması və qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi müzakirə edildi.

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının nümayəndələri isə Ukrayna ilə iqtisadi əlaqələrin gücləndirilməsi və yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsinin hər iki ölkənin biznes dairələri üçün böyük faydalar vəd etydiyini vurğuladılar.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın