Cari ilin mart ayında Rusiya Federasiyası Rostov vilayətinin qubernatoru Vasili Qolobevin Bakıya səfəri çərçivəsində onu müşayət edən Rostov Ticarət və Sənaye Palatası, dövlət nümayəndələri, o cümlədən, iqtisadiyyatın müxtəlif sahələridə fəaliyyət göstərən iş adamlarından ibarət nümayəndə heyətini Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasınn prezidenti Niyaz Əli-zadə və vitse-prezidenti Nazim Tatliyev Palatada qəbul etdi.
04 mart tarixində baş tutuan görüşdə iki ölkə arasında iqtisadi münasibətlərin daha da möhkəmlənməsi, potensial tərəfdaşların axtarılması və Palataların qeyd olunan sahələrdə əməkdaşlığı ətraflı müzakirə olundu. Növbəti gün keçiriləcək Biznes-Forumda ikitərəfli görüşlər üçün partnyorların axtarışı və digər sahələrdə AR TSP-nin göstərmiş olduğu dəstək Rostov Ticarət və Sənaye Palatasının vitse-prezidenti xanım Svetlana Abdulazizova tərəfindən yüksək qiymətləndirildi.
Görüşün sonunda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Rostov Ticarət və Sənaye Palatası arasında “Əməkadaşlıq haqqında saziş” imzalandı.
05 mart 2020-ci il tarixində isə Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov, Rostov vilayətinin qubernatoru Vasili Qolobev və hər iki ölkənin yüksək səviyyəli dövlət strukturlarının nümayəndələri və iş adamlarından ibarət Biznes-Forum keçirilidi.
Forum çərçivəsində bir çox dövlət və özəl müəssisələr arasında “Əməkdaşlıq haqqında saziş” imzalandı.
Tədbir ikitərəfli görüşlərlə davam etdi.